Tez–tez soruşulan suallar

Essentiale ® Forte N preparatının qəbulunun davamiyyətinə aid məhdudiyyət varmı?

Bir qayda olaraq preparatın qəbulu müddəti məhdudiyyətsizdir.1 İstifadə etməzdən qabaq mütəxəssislə məsləhətləşmək lazımdır.

Essentiale ® Forte N preparatının istifadəsinə əks-göstərişlər varmı?

Fosfoditilxolinə və ya başqa köməkçi maddələrə qarşı yüksək həssaslığın olması, 12 yaşa qədər olan dövr.1.

Essentiale ® Forte N preparatının düzgün qəbul qaydası necədir?

Daxilə. Kapsul bütöv halda kifayət qədər su ilə (təqr. 1 stəkan) içilir.1

2 kapsul olmaqla gündə 2-3 dəfə yemək vaxtı daxilə qəbul olunur. Müalicə müddəti 3 aydan az olmamalıdır. Zərurət olduqda müddət uzadıla və müalicə kursu təkrarlana bilər. 1

Essentiale ® Forte N hansı simptomları aradan qaldırmağa kömək edir?

Essensiale ® forte N iştahanın azalması, sağ qabırğaaltı nahiyyədə ağırlıq və discomfort kimi - qaraciyər xəstəlikləri simptomları ilə mübarizə aparmaqda kömək edir.

Essentiale ® Forte N preparatının istehsalçısı kimdir?

Essensiale ® forte N Almaniyada, A.Nattermann & Cie QmbH zavodunda istehsal edilir və Fransa şirkəti olan “Sanofi”nin tərkibinə daxildir.

Essentiale ® Forte N preparatı hansı formada buraxılır?

Azərbaycanda hələlik bir buraxılış forması – qutuda 30 kapsul mövcuddur. 2015-ci ildən qutuda 100 kapsul olan forması satışa çıxarılacaq.1

Essentiale ® Forte N preparatının qəbulu zamanı hansı əlavə təsirlər meydana çıxa bilər?

Essensiale ® forte N preparatı adətən xəstələr tərəfindən yaxşı qəbul olunur, lakin bəzən qarında diskomfort hissi, allergik reaksiyalar yarana bilər.1

Essentiale ® Forte N preparatını uşaqlara vermək olarmı?

Essentiale ® Forte N preparatı 12 yaşdan yuxarı və çəkisi 43 kq-dan artıq olan uşaqlara verilə bilər.1 (kifayət qədər kliniki bazanın olmamasından)

Eləcə də, sağlam həyat tərzi sürmək tövsiyyə olunur. Müfəssəl məlumat almaq üçün preparatın istifadəsinə dair təlimatın tam versiyası ilə tanış olun

Əgər istifadəyə başladıqdan bir neçə gün sonra simptomlar qalırsa, həkimlə məsləhətləşin.

1 Preparatın tibbi istifadəsinə dair təlimat