Qaraciyər haqda nələri bilmək lazımdır

Sağlam qaraciyər uzun və fəal həyat tərzinin rəhnidir. Qaraciyər bir sıra həyati vacib funksiyaları yerinə yetirən unikal orqandır. Bizim sağlam olmayan həyat tərzimizin və əlverişsiz ətraf mühitin amillərinin nəticələrini məhz qaraciyər neytrallaşdırır. Təəccüblü deyil ki, praktiki olaraq hər üçüncü insan qaraciyərin zədələnməsindən əziyyət çəkir.1. 2007-ci ildə aparılmış epidemioloji tədqiqatlar göstərmişdir ki 2, başlanğıc mərhələlərdə simptomsuz keçən qaraciyər xəstəlikləri bir sıra insanlarda aşkar edilir. Məhz buna görə də qaraciyər xəstəliklərinin müalicəsinə hələ sağlamlığınıza geridönməz zərər dəyməmiş, başlanğıc mərhələdə başlamaq vacibdir. Lakin, əgər hətta sizin qaraciyərinizin vəziyyəti yaxşı deyilsə də, vaxtında görülmüş tədbirlər onun bərpa olmasına kömək edirlər. Qaraciyərin güclü regenerasiya qabiliyyəti hətta iri zədələnmələr zamanı cəmi 4 ay ərzində onun həcminin dörddə üçünün bərpasına imkan verir!

Sağlamlığımız üçün qaraciyər nə üçün bu qədər vacibdir3?

Qaraciyər – bizim bədənimizin daxili kimyəvi laboratoriyasıdır. O, orqanizmə qida, dəri və hava vasitəsilə daxil olan toksinləri neytrallaşdırır.

Qaraciyər dəridən sonra bədənin ikinci ən böyük orqanıdır. Qaaraciyər qarın boşluğunun yuxarı sağ hissəsində yerləşir, onun kütləsi təxminən 1,5 kq təşkil edir, həcmi isə futbol topu ilə müqayisə edilə bilər.

Aşağıda qaraciyərin bəzi funksiyaları sadalanmışdır:

  • toksinləri neytrallaşdırır;

  • qidanı enerji və qidalı maddələrə çevirir;

  • vitamin, mineral və bədənimizin enerji təminatı üçün karbohidrat ehtiyatları yaradır;

  • yeni zülallar sintez edir;

  • qanın laxtalanmasında iştirak edir;

  • qanın laxtalanmasının tənzimlənməsinə kömək edir;

  • qanda xolesterin səviyyəsinə nəzarət edir;

  • infeksiyalarla mübarizə aparmağa kömək edir.

Qaraciyərin işinə nə təsir edir

Qaraciyərin ən maraqlı xüsusiyyətlərindən biri onun özünü bərpa etmək qabiliyyətidir. Belə ki, onun böyük hissəsini çıxartmaq olar və müəyyən müddətdən sonra o, öz ilkin forma və ölçülərini bərpa edəcək4! Buna baxmayaraq həddindən artıq alkoqol istifadəsi, balanslaşdırılmamış qidalanma və dərmanların nəzarətsiz qəbulu hepatositləri zədələyir və onlar bərpa olunmaq qabiliyyətlərini itirirlər.

Alkoqol qaraciyər hüceyrələrini zədələyə bilir. Qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərdə hətta az miqdarda alkoqol sağlamlığın ciddi pisləşməsi ilə nəticələnə bilər.

Simptomları necə tanımaq olar 5, 6

Qaraciyər – sədaqətli və sakit dostdur. Qaraciyərdə sinir ucları olmadığına görə qaraciyərdə ağrı – artıq çox ciddi əlamətdir. Qaraciyər xəstəlik və zədələnmələrinin başlanğıc mərhələləri praktiki olaraq simptomsuz keçir.

Qaraciyərdə cəmi 20 % sağlam hüceyrə qalsa, qaraciyər öz işinə davam edəcək (4). İstənilən, hətta qeyri-spesifik simptomlara (məsələn, yorğunluq, tez yorulma, ürəkbulanma, iştahın itməsi, sağ böyürdə ağırlıq və dəridə qaşınma) diqqət yetirmək məhz buna görə çox vacibdir. Sarılıq, sidiyin və nəcisin rənginin dəyişməsi kimi hamıya məlum olan simptomlar qaraciyər xəstəliklərinin gec mərhələlərində, yaxud xəstəliyin kəskin gedişi zamanı müşahidə olunur.

Çoxları ehtimal etmir ki, halsızlıq simptomu məhz qaraciyərlə bağlıdır və daha az ciddi səbəblər görməyə meylli olurlar, bu halları çox yorulma və düzgün olmayan qidalanma ilə əlaqələndirirlər. Məhz buna görə qaraciyərin işinin hər hansı pozulmasını vaxtında aşkar etmək üçün hər il müayinədən keçmək vacibdir. İlk simptomları müşahidə edən kimi dərhal həkimə müraciət etmək lazımdır.

QARACİYƏRİN SAĞLAMLIĞI ÜÇÜN SADƏ ADDIMLAR

Qaraciyərinizin qeydinə qalsanız, o da sizin qeydinizə qalar.
Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün bir neçə
sadə qaydaya riayət etmək kifayətdir.

Düzgün qidalanın!7

Balanslaşdırılmış qidalanma yalnız qaraciyər xəstəliklərinin qarşısını almağa deyil, eləcə də zədələnmiş hüceyrələrin bərpasına kömək edir.

  • Rasionunuzu elə planlaşdırın ki, hər gün ona aşağıdakı 5 əsas qrupdan olan məhsullar daxil olsun: dənli bitkilər, zülallar, süd məhsulları, tərəvəzlər, meyvələr və yağlar. Tərkibində sellüloza olan qidalardan (təzə meyvə və tərəvəzlər, paxlalı bitkilər, tam buğda çörəyi, yarmalar) daha çox istifadə edin.

  • Rasionda qaraciyərin emal edə biləcəyindən daha çox zülal olmamalıdır. Qramlarla gündəlik dozanı müəyyən etmək üçün öz bədən kütlənizi (kiloqram) 0,8-ə vurmaq lazımdır. Məsələn, bədən kütləsi 73 kq olan insana gündə 64 qram zülal lazımdır. Tərəvəz və süd zülalı ət zülalından daha üstün hesab edilir.

  • Artıq kalori piylərin bədəndə toplanmasına gətirib çıxara bilər. Sutkalıq qida rasionunda yağların payı 30%-dən çox olmamalıdır. Faydalı yağların ən yaxşı mənbəyi bitki yağları, qozlar və yağsız balıqdır.

Optimal bədən kütləsini saxlayın 8

Əgər bədən kütləniz artıqdırsa, təhlükəsiz pəhriz barədə mütəxəssislə məsləhətləşin. Ac qalmayın, sürətlə bədən kütlənizi atmayın və kəskin pəhrizlərdən uzaq durun; onlar qaraciyəriniz üçün ciddi yük ola bilərlər. Bədən kütləsinin optimal azaldılması həftədə 0,5 – 1 kq təşkil edir. Təmiz su da daxil olmaqla, kifayət qədər (gündə 1-2 litr) maye için. Gündə ən azı 30 dəqiqə fəal fiziki məşğələlər edin.

Yadda saxlayın: Qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, duzun qəbulunu məhdudlaşdırmaq lazımdır. Evdə xörək hazırlayarkən duzu limon şirəsi ilə əvəz etməyə cəhd edin. Bununla xörəyin dadı daha yaxşı olacaq.

Alkoqoldan imtina edin!

Qaraciyər müayinəsindən bir neçə gün əvvəldən alkoqol qəbulunu dayandırın. Həkim üçün analizlərin nəticəsini şərh etmək çətin olacaq: qaraciyər funksiyasının pozulması xəstəlik nəticəsində, yaxud spesifik situasiya (yüksək dozada alkoqol) nəticəsində baş verib.

Praktiki olaraq hər kəs bilir ki, qaraciyər filtr kimi işləyir və çox miqdarda alkoqol onun üçün çox təhlükəli ola bilər. Nə qədər alkoqol qəbul edə biləcəyinizi həkimlə müzakirə edin.

Nəzarətsiz dərman qəbuluna
yol verməyin!

Dərmanlar sizə xəstəliklərə qalib gəlməyə və vəziyyətinizi yaxşılaşdırmağa kömək edə bilər, lakin dərmanlardan, qida əlavələrindən və otlardan sui-istifadə qaraciyərin zədələnməsinə gətirib çıxara bilər. Hepatositlər ağır yükün öhdəsindən gələ bilmirlər, onların ölçüləri böyüyür, onlarda normalda rast gəlinməyən piy toplanmağa başlayır. Nəticədə qaraciyərin piy distrofiyası inkişaf edir.

Qaraciyərin sağlamlığını qorumaq üçün aşağıdakı qaydalara riayət edin:

  • Dərman vasitələrinin qəbulundan və xalq təbabəti üsullarından istifadə etməzdən əvvəl həmişə həkim və ya əczaçı ilə məsləhətləşin.

  • Dərman maddəsinin qaraciyərə necə təsir göstərdiyini öyrənmək üçün onun istifadə təlimatını və əlavə məlumatları diqqətlə oxuyun. Haqqında “bədəndən tam çıxarılıq” sözləri yazılmış dərman vasitələrinə üstünlük verin".

  • Dərmanları istifadə təlimatına və həkim tərəfindən tövsiyyə edilmiş dozalanmaya müvafiq qaydada qəbul edin.

  • Hətta eyni vaxtda qəbul etməsəniz belə, alkoqolla eyni gündə dərman vasitələrinin qəbulu qaraciyərin sağlamlığı üçün zərərli ola bilər. Bəzi dərmanlar, ələlxüsus antibiotiklər və tərkibində asetaminofen olan preparatlar heç vaxt alkoqolla birlikdə qəbul edilməməlidirlər.

A və D vitaminləri.

Xüsusən də tərkibində A və D vitaminləri olan multivitaminlər qaraciyərin əlavə yüklənməsinə səbəb ola bilər. Əlavə vitaminlərin qəbuluna ehtiyacınızın olub-olmadığı barədə həkiminizlə məsləhətləşin.

Otlar və fitoterapiya 9

Bəzi bitki preparatları qaraciyər üçün əsl zəhər ola bilər.

Toksiki maddələrdən qorunun!

İnsektisidlər, həlledicilər, aerozollar, kimyəvi maddələr və tütün tüstüsü – bunlar sadəcə qoxu deyil, eləcə də, qana, sonra da zərərsizləşdirilmək üçün qaraciyərə keçən kimyəvi maddələrdir. Toksiki maddələrin qatılığı çox olduqca, qaraciyərin də işi çətinləşir.

  • Təmizlik vasitələrinin, insektisidlərin, kimyəvi reagentlərin və tütünün tərkibində olan toksiki maddələrlə birbaşa təması məhdudlaşdırın.

  • Ev aerozolları və təmizlik vasitələrdən istifadə edirsinizsə, kifayət qədər ventilyasiyanı təmin edin və mümkün olduqda qoruyucu maska taxın.

  • Həmişə əlcək və qoruyucu geyimlər geyinin. Kimyəvi reagentlər dəriyə düşdükdə, dəri səthini mümkün qədər sabun və su ilə yuyun.

image

Necə qaraciyərin qeydinə qalmalı 10

Həkiminizlə məsləhətləşin.

Hepatoprotektorlar adlanan xüsusi preparatlar var. Bunlar hepatositlərin bərpasına kömək edən dərman maddələri olub əsas müalicəyə əlavə kimi tez-tez istifadə olunurlar.

Ən məşhur hepatoprotektorlar – hepatositlərin membranının əsas tərkib hissəsi və qaraciyər hüceyrələri üçün əsas «tikinti» materialı olan essensial fosfolipidlərdir (EFL) 12. Essensial fosfolipidlər qaraciyərin qoruyucu və nəqliyyat funksiyalarını yaxşılaşdırır, hepatositlərin oksidləşdirici stresslə mübarizəsinə kömək edir (eksperimental modellərdə nəzərdən keçirilib12). Oksidləşdirici stress qaraciyər xəstəliklərinin inkişafında əsas mexanizmdir.

  • Essensiale ® Forte N preparatının təsiredici maddəsi fosfatidilxolindir. Essensiale ® Forte N həm həkimlərin, həm də pasiyentlərin etibar etdiyi dərman preparatıdır. Essensiale ® Forte N Almaniyada istehsal olunur6, 15.

  • Tərkibi təbii fosfolipidlərdən ibarət olan Essensiale ® Forte N qaraciyər hüceyrələrini bərpa edir*, əhval-ruhiyyəni yaxşılaşdırmağa və qaraciyər xəstəlikləri nəticəsində meydana çıxmış yorğunluq, iştahsızlıq və sağ qabırğaaltı nahiyədə ağrı kimi simptomların öhdəsindən gəlməyə kömək edir6,11. * Eskperimental tədqiqatlarda sübut edilmişdir 12.

  • Essensiale ® Forte N Azərbaycanda və Rusiyada ən çox təyin edilən hepatoprotektordur 13. Essensiale – qaraciyər xəstəliklərinin simptomları ilə mübarizədə effektiv dərman vasitəsidir 14.

  • Essensiale ® Forte N preparatının təsiri klinik tədqiqatlarla təsdiq olunmuşdur 6

  • Essensiale ® Forte N – əsas müalicəyə əlavə kimi gündə 3 dəfə 2 kapsul təyin olunur 15.

Əgər istifadəyə başladıqdan bir neçə gün sonra simptomlar qalırsa, həkimlə məsləhətləşin.

Bu məqalə tədris materialıdır. Sanofi şirkətinin dəstəyi ilə hazırlanmışdır.

Əks-göstərişlər mövcuddur. Zəhmət olmasa, həkimlə məsləhətləşin.

İstifadə edilmiş ədəbiyyat

  • 1) Вольфганг Герок, Хуберт Е. Блюм. Заболевания печени и желчевыделительной системы. Москва, "МЕД пресс-информ" 2009. - 199 с.: ил.

  • 2) Драпкина О. М., Смирин В. И., Ивашкин В. Т. Патогенез, лечение и эпидемиология НАЖБП – что нового? Эпидемиология. НАЖБП в России. РМЖ: Болезни органов пищеварения. 2011, № 28.1717-1722.

  • 3) Цуканов В. В., журнал "Врач", стр. 2-6, №9 2010.

  • 4) Кузин М. И. Хирургические болезни. М.: , Медицина, 2002. — 784 с.: ил. (Учеб. лит. Для студ. мед. вузов).

  • 5) Szantova M., Kupcova V., Batovsky M., Turecky L., Valko L., Ulicna O. Essential phospholipids in the treatment of liver steatosis. Lekarsky obzor. 1996; 45: 11-14.

  • 6) Gonciarz Z., Besser P., Lelek E., Gundermann K.J., Johannes K.J. Randomised placebocontrolled double blind trial on "essential" phospholipids in the treatment of fatty liver associated with diabetes. Med. Chir. Digest. 1988; 17: 61-85.

  • 7) М. М. Гурвич. Лечебное питание. Советы гастроэнтеролога. М.: Эксмо, Серия: Мир медицины, 2010 г. – 304 с.

  • 8) М. Королева. Легкий путь к стройности. М.: АСТ; 2009.–190 с.

  • 9) Ю. О. Шульпекова Лекарственные поражения печени. Consilium Medicum, Том 08/N 7/2006.

  • 10) FDA — Food and Drug Administration.

  • 11) Zhang X, Gong D, Wu S, Chen Q Randomized, controlled, double-blind, clinical trial of compound polyene phosphatidyl choline in treating chronic active hepatitis B. Chinese J Pharmacoepidemiol. 1995; 1.

  • 12) Gundermann KJ, Kuenker A, Kuntz E, Drozdzik M.Activity of essential phospholipids (EPL) from soybean in liver diseases. Pharmacol Rep 2011; 63; 643-659.

  • 13) IMS, 2011-2013 - Sanofi şirkətinin daxili məlumatlarına əsaslanmışdır.

  • 14) ARMIMARKETING. U&A study. Рынок гепатопротекторов. Россия, 9 городов, апрель 2010.

  • 15) Инструкция по медицинскому применению препарата Эссенциале® форте Н (П N011496/01 от 10.08.10).

  • *Eksperimental tədqiqatlar nəticəsində təstiq edilişdir 12. Əks-göstərişləri var. Həkimlə məsləhətləşin.

RU PCH 12 05 03