Qaraciyərin funksİyalarI

Qaraciyər xəstəlikləri aşağıdakı simptomlarla müşayiət oluna bilər: sağ qabırğaaltı nahiyədə ağrı, ağırlıq, yorğunluq, tez yorulma.

Qaraciyər bədən kütləsinin 2-3%-n təşkil etməsinə baxmayaraq, orqanizm tərəfindən istifadə edilən oksigenin 20-30 %-i onun payına düşür. Bu da bu orqanda maddələr mübadiləsinin yüksək intensivliyi ilə bağlıdır. Qaraciyər – orqanizmin əsas biokimyəvi fabrikidir1

Şəkil 1

Hazırkı dövrdə qaraciyərin 500-dən artıq metabolik
funksiyası məlumdur ki,2 onlardan da ən vaciblər aşağıdakılardır:

1

Zülal mübadiləsi

  • Zülal sintezi;

  • Aminturşuların yenidən
    aminləşməsi və dezaminləşməsi;

  • Zülalın parçalanması;

  • Sidik cövhərinin yaranması çıxarılmasının son mərhələsi);

2

Karbohidrat mübadiləsi

  • Qalaktoza və fruktozanın
    в metabolizmə qoşulması;

  • Qlükoneogenez;

  • Qlükuron turşusunun əmələ gəlməsi;

  • Qlükozanın oksidləşməsi;

  • Qlikogenin sintezi və parçalanması;

3

Lipid mübadiləsi

  • Lipidlərin (triqliseridlər,
    xolesterin və fosfolipidlərin),
    lipoproteinlərin (o cümlədən, antisklerotik təsirə
    malik YSLP-lərin) sintezi,

  • Lipoprotein və yağların, metabolizm
    fermentlərinin sintezi;

  • Xilomikronların, ÇASLP,
    ASLP və YSLP qalıqlarının parçalanması.

4

Vitamin mübadiləsi

  • İlk növbədə yağda həll olan vitaminlərin sorulmasında iştirakı;

  • Vitaminlərin sintezi və onların
    bioloji aktiv formalarının əmələ gəlməsi;

  • Vitaminlərin depolaşması və artıq
    hissəsinin orqanizmdən çıxarılması;

5

Su və mineral
maddələr mübadiləsi

  • Plazmanın onkotik
    təzyiqinin təmin edilməsi;

  • Qan plazmasında aldosteron səviyyəsinə
    təsir etməklə, plazmada natrium və kalium səviyyəsinin tənzimlənməsi;

6

Öd turşularının mübadiləsi
və ödün əmələ gəlməsi

  • Öd həzm proseslərini, yağların və yağda həll olan vitaminlərin sorulmasını yaxşılaşdırır, bakteriostatik təsirə malikdir, bağırsağın motor (hərəki) funksiyasını fəallaşdırır.

7

Piqment mübadiləsi

  • Hemoqlobinin, bəzi fermentlərin (sitoxromlar və s.), mioqlobinin fermentativ parçalanması zamanı bilirubin əmələ gəlir. Əgər plazmada bilirubinin səviyyəsi 50 mkMol/l və daha çox təşkil edirsə (normalda 5,1 – 17,1 mkMol/l olur), kliniki olaraq bu, skleraların, selikli qişanın və dərinin saralması şəklində təzahür edir.

8

Hormon mübadiləsi

  • Hormon mübadiləsinin pozğunluqları klinik olaraq adətən qaraciyərdə kəskin proseslər zamanı təzahür etmir, lakin qaraciyərin xroniki xəstəlikləri, ilk növbədə sirroz zamanı kifayət qədər özünü göstərir. Bir qayda olaraq, bu, katexolaminlərin, steroid hormonların parçalanmasının pozulması nəticəsində baş verir.

9

Toplanma funksiyası

  • Qaraciyər toxumasında bir sıra vitaminlər, dəmir, qlikogen (sağlam adamlarda qlikogenin miqdarı qaraciyərin kütləsinin 6 %-ni təşkil edir və böyük enerji sərfiyyatı zamanı sürətlə enerji daşıyıcısı olan qlükozaya çevrilə bilər) toplanır. Bəzi xəstəliklər zamanı qlikogenin əvəzinə piy toplanmağa başlayır və bu, orqanın piy distrofiyasına gətirib çıxarır.

10

Detoksikasiya funksiyası

  • Endogen və ekzogen toksinlərin, o cümlədən dərman maddələrinin zərərsizləşdirilməsi.

Beləliklə, orqanizmdə maddələr mübadiləsinin elə bir həlqəsini tapmaq mümkün deyil ki, qaraciyərdə gedən proseslərlə bu və ya digər formada əlaqəli olmasın. Qaraciyər funksiyasının pozulmaları mütləq şəkildə bütün orqanizmdə özünü göstərir.

İstifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır. Əks-göstərişlər mövcuddur. Bir neçə gün müalicədən sonra simptomlar qalırsa, həkimə müraciət edin.

İstifadə edilmiş ədəbiyyat

  • 1. Пальцев М.А., Аничков Н.М. Патологическая анатомия Том 2. Частный курс. М.: Медицина, 2001. - 736 с.: ил. (Учеб. лит. Для студ. мед. Вузов

  • 2. Афанасьев Ю.И. Гистология. М.: Медицина, 2002. - 744 с.: ил. (Учеб. лит. Для студ. мед. вузов

RU.PCH.12.09.05