Preparatın
tibbi istifadəsinə dair təlimat
Essensiale®forte N

Registrasiya nömrəsi: DV № 10-00209

Əmtəə nişanı: Essensiale®Forte N.

Buraxılış forması: kapsullar.

Tərkibi

1 kapsulun tərkibində:

  • Təsiredici maddə:300 mq 76% xolindən ibarət olan soya paxlası fosfolipidi vardır (sinonimi: EFL, essensial fosfolipidlər) – 300 мг;
  • Köməkçi maddələr: bərk piy, soya yağı, gənəgərçək yağı, etanol 96%, etilvanilin,1-(4-metiksofenil) etanon, alfa-tokoferol, jelatin, təmizlənmiş su, titan 4-oksid (E171), sarı dəmir oksidi (E172), qara dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E17), natrium laurilsulfat.

Kapsulun tərkibi: jelatin, təmizlənmiş su, titan 4-oksid (E171), sarı dəmir oksidi (E172), qara dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E17), natrium laurilsulfat.

Təsviri

Sarımtıl-qəhvəyi rəngli, yağlı pasta şəkilli möhtəviyyatı olan, bərk, qeyri-şəffaf, qəhvəyi rəngli, uzunsov jelatin kapsulla.

Farmakoterapevtik qrupu: Hepatoprotektor.

ATC kodu:A05C.

Farmakoloji xüsusiyyətləri

Farmakoloji xüsusiyyətləri

Essensial fosfolipidlər qaraciyər hüceyrə orqanelləri və hüceyrə qişası üçün əsas struktur elementi hesab olunur. Lipidlərin və zülalların metabolizminə və qaraciyərin dezintoksikasiyaedici funksiyasına(qaraciyərin hüceyrə quruluşunu və fosfolipidlərdən asılı enzimatik sistemi bərpa edir və saxlayır; qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsini tormozlayır) normallaşdırıcı təsir edir.

İstifadəsinə göstərişlər

  • Xroniki hepatit, qaraciyərin sirrozu, qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası, qaraciyərin toksik zədələnməsi, hamiləlik toksikozu, psoriaz (köməkçi müalicənin tərkibində), radiasion sindrom.

Əks-göstərişlər

Preparata qarşı fərdi dözümsüzlük.

İstifadə qaydası və dozası

Müalicə müddəti 3 aydan az olmamalıdır. Zərurət olduqda müddət uzadıla və müalicə kursu təkrarlana bilər.

2 kapsul olmaqla gündə 2-3 dəfə yemək vaxtı daxilə qəbul olunur.

Kapsul bütöv halda su ilə içilməlidir.

Əlavə təsirləri

Preparat adətən xəstələr tərəfindən yaxşı qəbul olunur, lakin bəzən qarında diskomfort hissi, allergik reaksiyalar yarana bilər.

Buraxılış forması

PVX/alüminium folqadan ibarət blisterlərdə. 3 blister (30 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti

21ºC-dən yuxarı olmayan temperaturda

və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

A.Nattermann & Cie QmbH

Nattermannallee 1, D-50829 Köln, Almaniya.