Essensiale Forte N preparatının “Təsviri” ilə əlaqədar istehlakçılardan bizə gələn sorğularla bağlı aşağıdakı informasiyanı Sizin diqqətinizə çatdırırıq.

Dərman vasitəsinin istifadəsi üzrə təsdiq edilmiş təlimatın “Təsviri” bölməsində qeyd edilmişdir:

Təsviri: Sarımtıl-qəhvəyi rəngli, yağlı pasta şəkilli möhtəviyyatı olan, bərk, qeyri-şəffaf, qəhvəyi rəngli, uzunsov jelatin kapsullar.

Kapsulu açdıqdan sonra korpusunu sıxmaqla buna asanlıqla əmin olmaq olar.

Hörmətlə, “Sanofi” şirkəti