ESSENTIALE FORTE N® barədə İNFORMASİYA

Essentiale® Forte N — təbii fosfolipidlər əsasında hazırlanmış dərman preparatı olub, qaraciyər hüceyrələrini bərpa edir (eskperimental tədqiqatlarda sübut edilmişdir), əhval-ruhiyyəni yaxşılaşdırmağa və yorğunluq, iştahsızlıq və sağ qabırğaaltı nahiyədə ağrı kimi simptomların öhdəsindən gəlməyə kömək edir.1

  • Kapsul şəklində istehsal edilir (qablaşdırmada 30 və 100 kapsul)

  • Essensial fosfolipidlərin tətbiqi hepatositelərin hüceyrə membranlarının struktur-funksional tamlığınının normallaşdırılmasına və hüceyrənin normal metabolizmini bərpa etməyə kömək edir11,2

  • Almaniyada istehsal olunur 2

Essentiale® Forte N

  • 10 istifadəçidən 9-u Essentiale® Forte N preparatının təsirini yüksək qiymətləndirir 4

  • Azərbaycanda və Rusiyada hepatoprotektorlar arasında 1№-li preparatdır 5

  • GMP standartlarına müvafiq istehsal edilir

  • Tərkibinə yüksək dərəcədə təmizlənmiş EFL daxildir 2

  • Təsiri kliniki tədqiqatlar vasitəsilə təsdiq olunmuşdur 6,7

Essentiale® Forte N necə təsir göstərir

Qaraciyər xəstəliklərinin əksəriyyəti hepatositlərin membranının zədələnməsi ilə müşayiət olunur2. Buna görə, qaraciyərin patologiyası zamanı dərman müalicəsinin tərkibinə membrana bərpaedici təsir gostərən, fibrozun inkişafının və oksidləşdirici stressin qarşısını alan dərmanlar daxildir. Essensial® forte N preparatının tərkibinə daxil olan essensial fosfolipidlər (EFL) membranstabilləşdirici, antioksidant və antifibroz təsirə malikdirlər (eksperimental modeldə baxılmışdır).1

EFL — soya paxlasından alınan yüksək dərəcədə saflaşdırılmış bitki ekstraktıdır. Onların tərkibinə xüsusi fəal maddə - polidoymamış yağ turşularının mənbəyi olan fosfatidilxolin daxildir.2

Fosfatidilxolin molekulları zədələnmiş qaraciyər hüceyrələrinin fosfolipid strukturuna qurularaq qüsurları əvəz edir və membranların funksiyasını bərpa edir (eksperimental modeldə baxılmışdır).1

Şək. 1

Essentiale® Forte N-in tərkibinə daxil olan essensial fosfolipidlər 1,2

  • Qaraciyər hüceyrələrinin bərpa edilməsinə kömək edirlər (eksperimental modeldə baxılmışdır)

  • Lipid və zülalların mübadiləsinə normallaşdırıcı təsir göstərir

  • Qaraciyərin müxtəlif xəstəliklərinin müalicə standartlarına daxil edilmişdir 3

Şək. 2

Əks-göstərişlər var.
İstifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır

İstifadə olunmuş ədəbiyyat

  • 1. Gundermann KJ, Kuenker A, Kuntz E, Drozdzik M.Activity of essential phospholipids (EPL) from soybean in liver diseases. Pharmacol Rep 2011; 63; 643-659

  • 2. Инструкция по медицинскому применению препарата Эссенциале Форте Н (P N011496/01-10.08.10)

  • 3. Приказ Минздравсоцразвития РФ ОТ 28.02.2006 N 123 “Об утверждении стандарта медицинской помощи больным хроническим активным гепатитом, неклассифицированным в других странах”

  • 4. ARMIMARKETING. U&A study. Hepatic protector market. Russia, 9 cities, April,2010

  • 5. Внутренние данные компании Санофи, основанные на данных IMS Azerbaijan

  • 6. Gonciarz Z., Besser P., Lelek E., Gundermann K.J., Johannes K.J. Randomised placebo-controlled double blind trial on "essential" phospholipids in the treatment of fatty liver associated with diabetes. Med. Chir. Digest. 1988; 17: 61-85

  • 7. Zhang X, Gong D, Wu S, Chen Q Randomized, controlled, double-blind, clinical trial of compound polyene phosphatidyl choline in treating chronic active hepatitis B. Chinese J Pharmacoepidemiol 1995;1